Debat turniri uğurla başa çatıb. Sumqayıt24 bu haqda 5 dekabr tarixində Sağlam Düşüncə Gənclər Təşkilatına (SDGT) istinadən xəbər verir.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi və “İstedad” liseyi turnirin keçirilməsində təşkilati dəstək göstərib. Finalçı komandalar 8 dekabr bağlanış mərasimi zamanı Sumqayıt Gənclər Evində mübarizə aparacaqlar.
Qeyd edək ki, debatın mövzusu "Ətraf mühitin tənzimlənməsində elektrik maşınlarının rolu daha çoxdur" olacaq.