Sumqayıt şəhərinin Xəzri bağları ərazisində baş verən zəhərlənmə hadisəsi ilə bağlı acı xəbər var.
Xəbər verdiyimiz kimi, iki gün əvvəl çoxuşaqlı ailənin 6 üzvü dəm qazından zəhərlənib. Azyaşlılar xəstəxanaya yerləşdirilib. Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində zəhərlənən uşaqlardan biri, iki yaşlı Gülcənnət adlı qız uşağı həyatını itirib. Digər uşaqların müalicəsi davam edir.