Milli Məclisin komitə sədri vətəndaş qəbulu keçirib. Bu barədə 7 dekabr tarixində Sumqayıt24 xəbər verir.
YAP Sumqayıt şəhər təşkilatının binasında baş tutan görüşdə 41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı Hicran Hüseynova sakinlərin müraciətlərini dinləyib. O, həmçinin şəhid ailələri, müharibə əlilləri, veteranlar və hərbi qulluqçuların problemləri ilə maraqlanıb.
Müraciətlər, əsasən, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı olub. Məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, qalanları isə həll edilməsi üçün aidiyyəti qurumlara göndərilib.