Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının direktoru işdən çıxarılıb.
Qaynarinfo.az-ın məlumatına görə, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovun müvafiq əmri ilə Gülnaz Mahmudzadə son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.
Onun yerinə İbadov Yasər Məhəmməd oğlu təyin edilib.
Qeyd edək ki, Yasər İbadov təqaüddə olan polis polkovnikidir. O, Sumqayıt Şəhər Polis İdarəsinin 1, 2, 3 və 4-cü Polis Bölmələrinin rəisi, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.