Sumqayıt şəhəri, 6-cı mikrorayon, Yeni Corat qəsəbəsində fəaliyyət göstərən, “Xan” dönərxanasında yoxlama keçirilib.
Sumqayit24.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən baxış zamanı dönərxanada sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin xüsusi geyimdən istifadə etmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı ictimai iaşə obyektinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb, rəhbəri Kərimli İbrahim Əlisa oğlu barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.