Sumqayıtda “Tullantısız Dünya” layihəsi təşkil ediləcək. Sumqayıt24 bu barədə 10 noyabr tarixində xəbər verir.
Ekoloji layihə "Coca-Cola" Fondunun dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İcra Hakimiyyətinin əməkdaşlığı ilə həyata keçiriləcək.
Proqramın məqsədi plastik tullantılar toplanaraq təkrar emala yönəldilməsi, eləcə də bu istiqamətdə əhalinin məlumatlılığının artırılmasıdır.