25 dekabr tarixində Sumqayıt şəhəri Heydər Əliyev mərkəzinin önündə "Velo-şəhər" adlı kampaniya keçiriləcək. Bu haqda bu gün, 20 dekabr tarixində “Sağlam Düşüncə” Gənclər Təşkilatı (SDGT) məlumatı yayıb.
Layihənin keçirilməsində məqsəd şəhərin ekologiyasının mühafizəsi, həmçinin insanların yollarda təhlükəsizliyini təmin etməkdir. Tədbir çərçivəsində gənclər təlimlərdə iştirak edəcək, rəsmilərlə görüş keçirəcəklər.
"Velo-şəhər" ekoloji sağlam nəqliyyat vasitəsinin təbliği kampaniyası Azərbaycan Gənclər Fondunun təşkilati dəstəyi ilə həyata keçirilir.
Tədbirdə iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçmək vacibdir:
https://form.jotform.com/213512272741044
Ətraflı məlumat üçün (055) 823 72 90 və ya [email protected] müraciət edə bilərsiniz.