5 nömrəli tam orta məktəbdə “Erkən nigaha son” mövzusunda görüş keçirilib. Bu haqda bu gün, 16 fevral tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi məlumat yayıb.
Maarifləndirici görüş yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib. Tədbirin zamanı, yeniyetmə və gənclərə, erkən nigahın və qohumlar arasında nigahın mənfi nəticələrindən danışılıb. Sonra iştirakçılara bu mövzuda videoçarx nümayiş etdirilib.
Görüşün sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb. Tədbirdə fəallıq göstərən gənclərə Baş İdarənin Fəxri fərmanları təqdim edilib.