Sumqayıtda “Erkən nikah və onun fəsadları, qohum nikahları və məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilib. Sumqayıt24 bu barədə 28 oktyabr tarixində DünyaTV Xəbər-ə istinadən məlumat verir.
İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir Gənclər Evində baş tutub. Burada Sumqayıt Tibb Mərkəzinin həkimləri və Abşeron-Xızı Regional Təhsil idarəsinin tabeliyində olan məktəblərin psixoloqları iştirak ediblər. Burada çıxış edən aidiyyəti dövlət qurumlarının əməkdaşları erkən nikahın başvermə səbəbləri, nəticələri, fəsadları, erkən nikahın yaratdığı hüquq pozuntusu və digər məsələlərlə bağlı ətraflı məlumat veriblər. Diqqətə çatdırılıb ki, erkən nikahlar yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olur. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.