Sumqayıtda fərdi yaşayış evlərindən birində yanğın baş verib.
Report.az-ın məlumatına görə, hadisə “Qurd dərəsi” yaşayış massivində qeydə alınıb.
Əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən alov qısa müddətdə söndürülüb. İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmasa da, evə ciddi maddi ziyan dəyib. İddialara əsasən, yanğını ev sahibi qəsdən törədib.
Faktla bağlı araşdırma aparılır.