Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya növbəti dəfə fərqlənib. Sumqayıt24 bu haqda 6 iyul tarixində Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.
Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı DİM elmi-statistik hesabat aparıb. Abituriyentlərin II mərhələdə imtahan fənləri üzrə cavabları təhlil edilib. Nəticədə məlum olub ki riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə sözügedən gimnaziyanın məzunlarının göstəriciləri daha yüksəkdir.