top
Sumqayıtda fəhlə 50 manata görə tanışını DÖYDÜ
19 iyun 2025, 23:17
- ↺ +

Sumqayıtda fəhlə 50 manata görə tanışını DÖYDÜ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda fəhlələr arasında dava olub.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Mədəniyyət və incəsənət parkında baş verib. 1988-ci il təvəllüdlü Murad pul borcu üstündə yaranan mübahisə zamanı tanışı Namiqə sillə və yumruq vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Muradın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunan ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü saat 22:30-da Mədəniyyət və incəsənət parkının ərazisində yerləşən “Turan” restoranın yaxınlığında gəzdiyi zaman təxminən 1 il əvvəl eyni ünvanda fəhlə kimi çalışdığı Namiqi görüb, onlar söhbət ediblər:

“Söhbət zamanı da birlikdə işlədiyimiz müddətdə ona verdiyim 50 manat borc pulu tələb etdim. Namiq hazırda maddi imkanının zəif olduğunu, vəziyyəti düzələndə mənə olan 50 manat borcunu ödəyəcəyini dedi. Lakin, Namiqi uzun müddətdir ki, görmədiyim üçün pulumu indi istədiyimi bildirdim. Namiq də hazırda imkanı olmadığını bildirərək ünvanıma nalayiq ifadə işlətdi, ümumiyyətlə həmin pulu verməyəcəyini dedi. Bundan sonra da Namiqin dediyi ifadələrdən əsəbləşdiyim üçün sağ əlim ilə onun başının sol nahiyyəsinə bir dəfə sillə ilə, sonra da bir dəfə yumruqla zərbə vurdum. O da yıxıldı. Namiq məndən yaşca böyük olduğundan yaxınlaşaraq üzrxahlıq etmək istədim. Lakin, Namiq ayağa qalxaraq barəmdə polisə müraciət edəcəyini dedi və oradan getdi”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Murad Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə həmin məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
31 oktyabr 2026, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
31 oktyabr 2026, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
31 oktyabr 2026, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
31 oktyabr 2026, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
31 oktyabr 2026, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Oxşar xəbərlər