Sumqayıtda fəhlə iş zamanı ölüb.
Sumqayit24.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb. Tikinti sahəsində çalışan 47 yaşlı Sərxan Rəşad oğlu İsmayılovun iş başında ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
Meyit aidiyyətı üzrə təhvil verilib. Fakt araşdırılır.