Sumqayıt Tibb Mərkəzində (STM) FHN-in mülki müdafiə məşqi keçirilib. Sumqayıt24 bu haqda 6 fevral tarixində mərkəzə istinadən xəbər verir.
"Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili" mövzusunu əhatə edən məşqdə STM-in rəhbər heyəti və işçiləri iştirak ediblər.
4 siqnal üzrə həyata keçirilən məşqin məqsədi fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və operativ olaraq yerinə yetirilməsi üzrə praktiki vərdişlər aşılamaqdır. Sonda təlimin təhlili aparılıb.