FHN-in Sumqayıt Regional Mərkəzi tərəfindən xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. Bu haqda bu gün, 31 may tarixində nazirliyə istinadən xəbər veririk.
Təlimin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılmasıdır.
“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti" mövzusunda keçirilən tədbirə FHN Sumqayıt Regional Mərkəzinin aidiyyəti struktur bölmələri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı və Fövqəladə Hallar Komissiyası, ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti iştirak ediblər.