Naməlum qadın xadimə formasını geyərək xəstəxanadan oğurluq edib. Bu barədə 24 avqust tarixində Sumqayıt24 xəbər verir.
Hadisə 20 avqust saat 23:00 radələrində, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında baş verib. O, özünü oranın əməkdaşı kimi göstərərək otaqlardan qızıl, pul, ayaqqabı və tibbi avadanlıqlar oğurlayıb.
Şəhər Polis İdarəsində araşdırma aparılır. Hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir.