Sumqayıtda yerləşən kənd təsərrüfatı sahələri, o cümlədən parklar, bağlar və yaşıllıqlara baxış keçirilib. Sumqayıt24 bu barədə Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən yazır.
Yoxlamalar agentliyin əməkdaşları və müvafiq qurumların mütəxəssisləri tərəfindən təşkil edilib. Fitosanitar monitorinq nəticəsində dekorativ ağac, kol və gül bitkilərinin mövcud vəziyyəti yerində təhlil edilib. Həmçinin, bitki və bitkiçilik məhsullarına ziyan verən zərərli orqanizmlərlə zəif sirayətlənmə müşahidə olunub.
Uyğunsuzluq aşkar edildiyi halda müvafiq tədbirlərin görülməsi üçün sahə aqronomuna və digər aidiyyəti qurumlara məlumat verilib.
Bundan əlavə, əməkdaşlar tərəfindən pomidor istixanalarında da monitorinqlər keçirilib. Burada olan bitkilərdən nümunələr götürülərək müvafiq laboratoriyalara təqdim olunub.