Sumqayıtın təhsil ocaqlarında maarifləndirici görüşlər keçirilib. Sumqayıt24 bu haqda 17 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Tədbirlər Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən təşkil olunub. Sumqayıt şəhər 15 saylı məktəbin və General M. Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın şagirdlərinə baş verə biləcək təbii, texnogen xarakterli fövqəladə hadisələrlə bağlı biliklər verilib. Həmçinin yanğın zamanı zəruri davranış qaydaları izah olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.