FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib. Bu barədə 18 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
“Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda keçirilən seminar “N” saylı hərbi hissədə təşkil olunub.
Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqın zamanı nə etməli?”, “Odsöndürən balonlardan istifadə”, “Çimərliklərdə təhlükəsizlik qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı” və “112” qaynar xətti” mövzularında çıxışlar edilib, eləcə də mövzulara aid videoçarxlar nümayiş olunub.
Sonda iştirakçıların suallar cavablandırılıb və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanıb.