AFFA tərəfindən Sumqayıtda treninq təşkil olunub. Sumqayıt24 bu haqda bu gün, 2 iyun tarixində qurumun saytına istinadən xəbər verir.
Qarşıdan gələn mövsümə hazırlıq məqsədilə “Sumqayıt” futbol komandasının nümayəndələri və onlayn qeydiyyatını aparacaq şəxslərlə görüşlər keçirilib. Onlara yeni mövsüm üçün qeydiyyatın başlanma və sonlanma tarixləri, yeni tətbiq ediləcək sənəd (azyaşlı həvəskar futbolçu təlim müqaviləsi), dəyişən qaydalar və “Futbola Qoşul” onlayn qeydiyyat platformasında yeni tətbiq ediləcək “Yarışların idarəetmə sistemi” bölməsi haqqında məlumat verilib.