Sumqayıt şəhərində “Düzgün İxtisası necə seçək?” mövzusunda seminar keçiriləcək. Bu haqda bu gün, 18 fevral tarixində Gənclər və İdman Baş İdarəsi məlumat yayıb.
Seminar gənc rəssam-dizayner Aygün İlyasova tərəfindən keçiriləcək. Təlimin təşkil olunmasında məqsəd gənclərin peşə biliklərinin artırılmasıdır. Həmçinin, görüş zamanı karyera inkişafına dair metodiki biliklər təkmilləşdiriləcək .
Təlim 3 mart saat 17:00-da Heydər Əliyev Mərkəzində təşkil olunacaq.