Sumqayıtda robototexnika mövzusunda təlim keçirilib. Sumqayıt24 bu haqda Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər yazır.
“Gələcəyin smart modelləri” adlı görüş 15 saylı tam orta məktəbdə və Gənclər evində təşkil olunub. İştirakçılara robot texnologiyaları, mühəndislik və kod tədrisi, İKT sahəsində mühəndislik və müasir texnologiya üsulları istiqamətində biliklər verilib və onlarla maraqlı qrup çalışmaları aparılıb.
Sonda şagird və gəncləri maraqlandıran suallar cavablandırılıb, aktivlik göstərənlərə isə sertifikatlar təqdim olunub.