Sumqayıt Dövlət Rəsm Qalereyasında “Xədicənin rəng dünyası” adlı sərgi keçirilib. Sumqayıt24 bu barədə 25 noyabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Sərgidə gənc rəssamın müxtəlif mövzularda 60-dan çox rəsm əsəri nümayiş olunub. Burada İH-nin məsul şəxsləri, şəhid anaları, eləcə də müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Qonaqlar sərgi ilə tanış olduqdan sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Rəssamlara şəhər Gənclər İdman Baş İdarəsinin və Sumqayıt Dövlət Rəsm Qalereyasının hədiyyə və Fəxri fərmanları təqdim edilib.
Tədbirdə Sumqayıt Musiqi kollecinin müəllimi Könül Bəkirovanın rəhbərlik etdiyi kollektivi, musiqiçi Şəhriyar Musayev və müğənni Zaur Yusifli musiqi nömrələri ilə çıxış ediblər.