Sumqayıtda "N5.1 Peşəkar İdarəetmə Proqramı" mövzusunda təlim keçiriləcək. Sumqayıt24 bu haqda 25 iyul tarixində Gənclər klubuna istinadən məlumat verir.
Görüş iyulun 8-i saat 15:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Təlimçi və peşəkar idarəçi Nurlan Həsənsoyun təqdimatında keçiriləcək seminara hər kəs dəvətlidir. İştirak etmək üçün link vasitəsilə qeydiyyatdan keçmək mümkündür.
Seminar Gənclər Klubu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.