Sumqayıt Qadın Resurs Mərkəzində forum baş tutub. Sumqayıt24 bu haqda 17 oktyabr tarixində xəbər verir.
Tədbir “UNDP Azerbaijan” tərəfindən Mobil Teatr Laboratoriyası ilə əməkdaşlıq çərçivəsində Beynəlxalq Qız Övladı Günü münasibətilə təşkil olunub.
Burada Sumqayıt və Bakının Xəzər rayonundan olan 16 qız şagird iştirak edib. Onlar gender və cins anlayışları, teatr sənəti, hekayə quruluşu və komandada iş kimi mövzularda məlumatlanıb, müxtəlif tapşırıqları yerinə yetiriblər.
Sonra qızlar gender əsaslı zorakılıqla bağlı problemləri teatr səhnəcikləri şəklində nümayiş edib, onların müzakirəsini aparıblar.