Sumqayıtda avtomobil yanıb. Sumqayıt24 bu haqda 29 fevral tarixində Oxu.az-a istinadən xəbər verir.
Hadisə 6-cı mikrorayonda baş verib. Təbiət elmləri təmayüllü gimnaziyanın müdiri Nizami Əhmədov bildirib ki, maşın oğlunun adına olsa da, onu özü idarə edirdi:
“Hadisə dünən axşam saatlarında Sumqayıtda, yaşadığımız evin yaxınlığında olub. Avtomobilin necə yandığı barədə dəqiq məlumat yoxdur. Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”.