Sumqayıt Gömrük İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib. Bu haqda 21 oktyabr tarixində Sumqayıt24 Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Toplantı gömrük-biznes münasibətlərində qarşılıqlı etimad səviyyəsinin gücləndirilməsi məqsədilə təşkil olunub.
Görüşdə gömrük sistemində aparılan islahatlar, gömrük xidmətinin strateji hədəfləri və baxışları, eyni zamanda tətbiqinə başlanılan və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr və qanunvericliyə edilən dəyişikliklər barədə ətraflı məlumatlar verilib.
Daha sonra iştirakçılar tərəfindən səsləndirilən təklif və rəylər dinlənilib, onların sualları ətraflı cavablandırılıb.
Sonda xarici ticarət iştirakçılarına və gömrük təmsilçilərinə “Gömrük İNKİŞAF modeli”nin təqdimatı nümayiş etdirilib.