top
Sumqayıtda görkəmli publisist Ömər Faiq Nemanzadənin yubileyi qeyd olunub
24 dekabr 2022, 03:43
- ↺ +

Sumqayıtda görkəmli publisist Ömər Faiq Nemanzadənin yubileyi qeyd olunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Dövlət Universitetində görkəmli publisist Ömər Faiq Nemanzadənin 150 illik yubileyi münasibətilə “Dili kəsilməyən millətin vücudu kəsilməz” adlı təqdimat keçirilib. Bu haqda 24 dekabr tarixində Sumqayıt24 xəbər verir.

Təqdimat Filologiya fakültəsinin 4-cü kurs tələbəsi Vəfa İsgəndərli tərəfindən hazırlanıb. Həmin fakültənin dekanı, dosent Sevinc Həmzəyeva mütəfəkkirin həyat və yaradıcılığından danışıb. O bildirib ki, Ö.F. Nemanzadə azərbaycançılıq ideyalarının təbliğində xidməti olan alovlu publisist və vətənpərvər ziyalı olub. Bütün müsəlman Şərqində məşhur olan “Molla Nəsrəddin” satirik jurnalının həmtəsisçisi olmaqla milli jurnalistikanın formalaşmasında və inkişafında mühüm xidmətlər göstərib. O, həmçinin bir sıra digər qəzet və jurnallarda: "Açıq söz", "Tərəqqi", "İrşad", "Həyat", "Rəncbər", "Adıgün kolxozçusu", "Kommunist", "Qızıl bayraq", "Bağban" və s. çıxış edərək öz yaradıcılıq missiyasını yerinə yetirib və xalqımızın dəyərlərini öz yaradıcılığında təbliğ edib. Həbsə düşməyinin, repressiya qurbanı olmağının da əsl səbəbi məhz onun dil, maarif, yeni əlifba və türkçülük təəssübkeşi olması idi.

Daha sonra tələbə Vəfa İsgəndərli hazırladığı təqdimatla Axısqa türklərinin tarixi və mədəniyyəti haqqında çıxış edib. O, sovet rejimi tərəfindən tarixi vətənlərindən Orta Asiya və Qazaxıstana sürgün edilən, 12 il xüsusi komendant rejimi şəraitində yaşayan, sürgün yollarının və qürbət güzəranının əzablarından on minlərlə soydaşları tələf olan Axısqa türklərinin 1958-ci ildən başlayaraq Azərbaycana köçürülməsindən məlumat verib.

Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Avtandil Məmmədov, Kimya və onun tədrisi metodikası kafedrasının professoru Muxtar Səmədov da mövzu barədə danışıblar.

Azərbaycanda yaşayan Axısqa türklərinin “Vətən” İB-nin sədr müavini Yusif Səfərov təqdimatı yüksək qiymətləndirib. Bildirilib ki, Ömər Faiq Nemanzadə, Əhməd Bəy Pepinov, Şəfiqə Əfəndizadə, Adil Əfəndiyev, Fuad Əfəndiyev, Mövlud Bayraqdarov, Məhəmməd Cəlilov, Bəkir Mamoyev kimi bir çox Axısqa əsilli ziyalılar Azərbaycanın ictimai həyatında fəal iştirak ediblər.

Tədbirin sonunda tələbələrin iştirakı ilə “Şərqi-Rus” qəzetində Ömər Faiq Nemanzadənin Cəlil Məmmədquluzadə və Əli bəy Hüseynzadə ilə görüşlərindən ibarət səhnəcik nümayiş olunub.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:40

Sumqayıt avtobusunda insident: 503 nömrəli marşrutda tüstülənmə - İDDİA

İdman
Dünən, 18:15

"Sumqayıt"ın futbolçusu Azərbaycan millisinin heyətində

Bütün xəbərlər
Dünən, 17:50

Sumqayıtda sakinlər qaz problemi ilə üz-üzə

Bütün xəbərlər
Dünən, 17:12

Susuz qalan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:36

Sumqayıtın iki idmançısı Avstriyadan qələbə ilə qayıdır

Bütün xəbərlər
Dünən, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
Dünən, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Dünən, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Dünən, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Dünən, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Dünən, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Dünən, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
08 noyabr 2026, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Oxşar xəbərlər