Sumqayıtın H.Z. Tağıyev qəsəbəsində göz-könül oxşayan təbiət “möcüzə”si baş verib. Bu haqda qəsəbə sakinləri bu gün, 18 yanvar tairxində Sumqayıt24-ə məlumat veriblər.
Belə ki, yanvar ayının əvvəllərindən, qəsəbə məhəllələrinin birində bitən ərik ağacı çiçək açıb. Halbuki adıçəkilən ağaclar aprel ayında çiçəklənməyə başlayır və onların gözəlliyi 10 günə qədər davam edə bilir.
Hazırda, qış yuxusunda olan digər ağacların arasında olan bu gözəllik, görənlərə xoş təəssüratlar bağışlayır.