Sumqayıtda körpə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Bu haqda 1 mart tarixində Sumqayıt24 Qafqazinfo.az-a istinadən xəbər verir.
Dünən axşam saatlarında 8 aylıq (18.07.2022 təvəllüdlü) Əli Xankişiyevin halı pisləşib. Ailə üzvləri körpəni xəstəxanaya çatdırmağa çalışsalar da, o, yolda vəfat edib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu araşdırma aparır.