Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 16-sı axşamdan 18-i gündüzədək Sumqayıtda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Qeyd edilib ki, fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.