Sumqayıtda küləkli hava şəraiti gözlənilir.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, avqustun 8-i axşamdan 11-i gündüzədək Sumqayıtda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.