Sumqayıtda yanvar ayı üzrə atmosfer havasının keyfiyyəti yoxlanılıb. Sumqayıt24 bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasovanın sözlərinə görə, Sumqayıt şəhərində azot-4 oksidi normadan yüksəkdir. Göstəricilər avtomatik stansiyalardan əldə olunub.
Qeyd olunub ki, bu ay ərzində günlərin tez-tez yağıntılı keçməsi səbəbindən havada qaz qarışıqlarının və dispers toz hissəciklərinin miqdarı azalıb. Nəticədə havanın keyfiyyəti yüksəlib və ayın sonunadək yaxşı olacağı gözlənilir.