Sumqayıtda Heydər Əliyev ili çərçivəsində tədbir keçirilib. Bu haqda 16 fevral tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı tədbir şəhərin Tarixi Muzeyində baş tutub. Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ulu öndərin Azərbaycan mədəniyyətinin qorunması və inkişafındakı xidmətlərindən bəhs edən sənədli videomaterial təqdim edilib. Toplantıda Heydər Əliyevin mədəni irsimizin qorunmasındakı rolundan bəhs edilib. Tədbir diskussiya şəklində davam edib.