Sumqayıtda avtobuslar ləng işləyir. Sumqayıt24 bu haqda 15 yanvar tarixində xəbər verir.
Yağan qar, yolların sürüşkənliyi ictimai nəqliyyatı iflic edib. Sakinlər bu gün uzun müddət 5 və 10A nömrəli avtobusları gözləməli olublar. Onların bir çoxu problemin səbəbini yolların hələ də buzdan tam təmizlənməməsində görür:
“Məsələ yolların vəziyyətindədirsə, niyə tədbir görülmür? İcra Hakimiyyəti təmizlik işlərinin görüldüyünü bildirir, amma şəhərin əksər yolları hələ də buz altındadır”.