Sumqayıt şəhərində identifikasiya olunan heyvanların sayı açıqlanıb. Bu haqda bu gün, 26 yanvar tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata əsasən, 15 dekabr 2021-ci il tarixindən 26 yanvar tarixinədək 2062 heyvan identifikasiya olunub.
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) heyvanların məruz qaldığı xəstəlikləri, tətbiq edilən preparatları və digər məlumatların idarə olunmasını təmin edir.