Sumqayıt şəhərində identifikasiya olunan heyvanların sayı açıqlanıb. Bu haqda bu gün, 17 fevral tarixində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata əsasən, 15 dekabr 2021-ci il tarixindən 17 fevral tarixinədək şəhərimizin ərazisində 3210 heyvan identifikasiya olunub. Ümumilikdə isə qeyd olunan vaxt ərzində Sumqayıt daxil olmaqla, Abşeron yarımadasında 30.081 iribuynuzlu heyvan bu prosesdən keçirilib.
Heyvanların identifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) “fermadan süfrəyədək” prinsipinə uyğun olaraq heyvan mənşəli qida məhsullarının izlənilməsinə və təhlükəsizliyinə, insan sağlamlığının təmin olunmasına və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına öz töhfəsini verəcəkdir.