Sumqayıt Gənclər Evində yığıncaq baş tutub. Bu haqda 26 yanvar tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Görüşdə boks və cüdo idman növləri üzrə şəhərin məşqçi-müəllim kollektivi və idman cəmiyyətlərinin rəhbərləri iştirak ediblər.
Tədbir zamanı cari ilin yanvar ayında keçirilən Azərbaycan birinciliklərində Sumqayıtın boks və cüdo yığmaları tərəfindən əldə olunan nailiyyətlər münasibətilə komandalar təbrik edilib. Ölkə birinciliyində komanda hesabında boksçular birinci, cüdo yığması isə üçüncü yerə layiq görülüb.
Daha sonra 2024-cü il üçün planlar müzakirə olunub.