Sumqayıt şəhəri Çerkassı küçəsində qəza baş verib. Bu haqda bu gün, 7 may tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, hadisə dünən gecə saatlarında, 42-ci məhəllə ərazisində qeydə alınıb. “Mercedes-Vito” markalı miniven digər minik avtomobili ilə toqquşaraq işıq dirəyinə çırpılıb.
Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.