Sumqayıt şəhərinin Niyazi küçəsində qəza olub. Sumqayıt24 bu haqda 16 yanvar tarixində xəbər verir.
Hadisə 13 və 16-cı mikrorayonları ayıran yolda qeydə alınıb. Şahidlər bildirirlər ki, “Ford” markalı minik avtomobili dönmə əməliyyatını yerinə yetirən zaman “Opel”lə toqquşub. Nəticədə avtomobillərə yüngül ziyan dəyib.