Sumqayıtda avtomobil aşıb. Bu barədə 18 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Hadisə bu gün Corat qəsəbəsi ilə 13-cü mikrorayonu ayıran yolda baş verib. “Renault” markalı minik avtomobili ilə “Hyundai” toqquşub. Nəticədə birinci aşıb. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Məlumata görə, qəza nəticəsində heç kəs xəsarət almayıb.