Sumqayıtda yanğın zamanı iki azyaşlı yanaraq dünyasını dəyişib. Sumqayıt24 bu barədə BakuTV-yə istinadən xəbər verir.
Yanğın Kimyaçılar qəsəbəsində, bir-birinə bitişik tikilən evlərdə qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar. Alov söndürüldükdən sonra evdə 2 uşağın yanmış meyiti aşkarlanıb. Həmin azyaşlılar 5 yaşlı Sübhan Abbasov və 1 yaşlı Dərya Quliyevadır. Məlumata görə, hadisə baş verən zaman uşaqlar evdə tək olublar. Hər iki uşağın meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.