Sumqayıtda iki minik avtomobilinin toqquşması nəticəsində qəza baş verib. Bu haqda bu gün, 1 mart tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, hadisə Heydər Əliyev prospektində (Nəriman Nərimanov heykəlinin yanı) qeydə alınıb. Burada “Mercedes” markalı minik avtomobili “VAZ 2106” markalı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. Nəqliyyat vasitələrinə ziyan dəyib.