Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 6 fevral tarixində Sumqayıt24 xəbər verir.
Hadisə Sülh küçəsindəki “Yapı Kredi Azərbaycan” bankının qarşısında saat 16:40 radələrində qeydə alınıb. “Toyota Prius” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmayıb. Əraziyə DYP əməkdaşları cəlb olunublar.
Şahidlərin sözlərinə görə, günah “VAZ”ın sürücüsündə olub.
[modula id="31380"]