Sumqayıt şəhərində ikimərtəbəli evdə yanğın qeydə alınıb. Bu barədə bu gün, 20 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata əsasən, yanğın evin birinci mərtəbəsində baş verib. Ümumi sahəsi 150 kv.m olan evin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb, qalan hissə yanğından mühafizə olunub.
Daha bir hadisə 19 dekabr tarixində qeydə alınıb. Corat qəsəbəsində 4 otaqlı evin 1 otağında divan-kreslo və taxtadan ibarət pəncərə çərçivəsi yanıb.
Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.