Sumqayıtda ümumi sahəsi 480 kv.m olan ikimərtəbəli evdə yanğın baş verib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə səhər saatlarında qeydə alınıb. 8 otaqlı evin 1-ci mərtəbəsinin mətbəxində 4 paq.m mebel, 2 ədəd məişət avadanlığı və 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi yanıb. Yüksək temperaturdan 2-ci mərtəbənin pilləkən qəfəsində lambirdən ibarət tavan 6 kv.m sahədə əriyib.
Alov söndürülüb.