Sumqayıt şəhərində Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən İlk Yardım mövzusunda təlim keçirilib.
Bu təlim zamanı iştirakçılara ürəyin qapalı masajı, tənəffüs yolunda yad cisim qaldıqda, həmçinin sınıqlarda və digər fövqəladə halda ilkin yardım haqda ətraflı məlumat verilib. İştirakçılar körpə və böyük maket üzərində öyrəndiklərini təkminləşdiriblər.
Təlim Yerli İcmalarda Fövqəladə Hallar zamanı Dayanıqlığın gücləndirilməsi layihəsi çərçivəsində keçirilib. Seminarda Sumqayıt, Gəncə, Mingəçevir, İsmayıllı, Sabirabad, Lənkəran, Astara, Tovuz, Qax, Xaçmaz rayon bölmələrinin sədrləri, koordinatorları və könüllüləri iştirak ediblər.