Sumqayıtın daha bir neçə hissəsində iməcilik keçirilib. Sumqayıt24 bu haqda bu gün, 30 aprel tarixində Xeberle.com-a istinadən xəbər verir.
İşlər 9, 10, 12, 13 və 17-ci mikrorayonlarda, həmçinin Yaşıldərə və Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində görülüb. Ərazidə olan 9 mindən çox ağacın gövdələri ağardılıb, qazonlar suvarılıb, alaq otları biçilib.