Sumqayıt şəhərində iməcilik işləri aparılır. Sumqayıt24 bu haqda bu gün, 23 iyun tarixində DünyaTV-yə istinadən xəbər verir.
İşlər Sülh prospektində, Cəfər Cabbarlı, Səməd Vurğun və digər küçələrdə görülür. Burada çox sayda güllər əkilib, səkilər yuyulub, ərazilər isə alaq otlardan təmizlənib.
Abadlaşdırma işləri Mənzil-kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları tərəfindən həyata keçirilib.