Sumqayıt şəhərində iməcilik aksiyası keçirilib. Bu haqda Sumqayıt24 Sumqayitxeber.com-a istinadən xəbər verir.
İməcilik şəhər İcra hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə şəhərin 76-cı məhəlləsi ərazisində keçirilib. Aksiyaya xüsusi texnika və canlı qüvvə cəlb olunub. Ərazidəki mövcud tullantılar toplanaraq götürülüb.